Flexible intrarenal cihazı ilə sidik yollarının, daşlarının lazerlə müalicəsi və əməliyyatı

  • Ana səhifə
  • Flexible intrarenal cihazı ilə sidik yollarının, daşlarının lazerlə müalicəsi və əməliyyatı

Daş qırma (ESWL), Perkutan (PNL) və ya URS (Ureterolitotripsiya) əməliyyatının həyata keçmədiyi böyrəyin alt qismində olan daşlar xəstələrə zaman-zaman ağrı verər və xəstələr bu daşlarla yaşamağa məcbur olarlar.

Müasir tibbi texnologiyanın inkişafı ilə artıq xəstələri narahat edən kiçik problemlər belə ömürlük aradan götürülür. Böyrək daşı xəstəlikləri artıq daha müasir və sadə üsullarla müalicə edilir.

PNL (Perkutan) əməliyyatı zamanı xəstənin böyrəyində olan daşlar kiçik diametrli alət vasitəsilə parçalanaraq götürülür. Bu zaman xəstə 2 gündən sonra evə yazılır. PNL əməliyyatının əsas xüsusiyyəti iri həcimli daşları belə açıq əməliyyat etmədən, bədən toxumalarının normal quruluşuna zərər vermədən xüsusi alətlər sayəsində həyata keçməsidir.

Bundan əlavə, bəzən böyrəklərdən düşmüş daşların sidik axarında ilişib qalması xəstənin kəskin ağrılarına və sidiyə çətin getməyinə səbəb olur. Bu zaman müalicənin effektsiz olduğu vaxtda URS (Ureterolitotripsiya) cərrahi əməliyyatı icra olunur. Sidik kanalından girilərək axarda olan daşlar parçalanaraq sorulur, axarın əvvəlki quruluşunu bərpa etmək üçün stent taxılır. PNL əməliyyatından fərqli olaraq, URS əməliyyatında böyrəkdə deyil, sidik axarında olan daşlar heç bir kəsik aparılmadan çıxarılır.

Son dövrün ən müasir tibbi avadanlığı olan flexible aləti isə böyrək daşlarının lazerlə kəsik aparılmadan çıxarılmasının həyata keçməsini təmin edir. Təbii yollarla (sidik kanalından) girilərək böyrəyin daxilində olan istənilən daşlar tam parçalanaraq xaric olunur. Hərəkətli dönən başlığı sayəsində böyrəyin hansı hissəsində yerləşməsindən asılı olmayaraq,bütün növ daşların böyrəkdən təmizlənməsinə nail olunur.

Dünyaca məşhur Wolf şirkətinin ureteroskopu vasitəsilə əməliyyatlar artıq Bakıda Uroloq-Androloq Oper.Dr.Seymur Mehtiyev tərəfindən həyata keçirilməkdədir.

Pasientlər bu kimi şikayətləri ilə bağlı bizə müraciət edə bilərlər.

Daha çox
Bizimlə əlaqə saxlayın, gözəlliyə doğru addım atın!

Zəng et, konsultasiyaya yazıl!