Sidik yollarının plastik əməliyyatı

RADİKAL SİSTEKTOMİYA ƏMƏLİYYATI NƏDİR?

Əməliyyatın həcmi 

Radikal sistektomiya sidik kisəsinin kəsilib çıxarılması deməkdir. Bu gün radikal sistektomiya dünyada qəbul olunmuş sidik kisəsi xərçənginin yeganə radikal müalicə üsuludur. Əməliyyat ümümi anesteziya altında aparılır. Kişilərdə radikal sistektomiyanın həcmi sidik kisəsi, prostat vəzi, toxum kisəciyləri və sidik kisəsinin üzərindəki peritonla birgə çıxarılmasından ibarətdir. Qadınlarda isə – sidik kisəsi ilə birlikdə uşaqlıq artımları ilə birgə (yümurtalıqlar), uşaqlıq boynu və uşaqlıq yolu kəsilib çıxarılır. Hər iki halda sistektomiyanın radikallığını kiçik çanaq limfa düyünlərinin çıxarılması (limfodisseksiya və ya limfadenektomiya) tamamlayır.

SİDİK KİSƏSİNİN ÇIXARILMASI ÜÇÜN (SİSTEKTOMİYA) GÖSTƏRİŞLƏR:

  • Şişin sidik kisəsinin əzələ qatına yayılması;
  • Sidik kisəinin şişlə multifokal (çoxsaylı, high grade – yüksək bədləşmə dərəcəli şişlər) zədələnməsi ;
  • Sidik kisəsinin xərçənginə görə aparılan effektsiz 3 modallı terapiyadan sonraki vəziyyət (residiv). Bu əməliyyat xilasedici xarakter daşıyır;
  • Mikrosistis ( sidik kisəsinin həcminin kəskin dərəcədə kiçilməsi);
  • Sidik kisəsinin vərəmi;

Sidik kisəsi çıxarıldıqdan sonra sidik orqanizimdən hansı yolla çıxır?

Sistektomiyadan sonra sidiyin orqanizimdən çıxarılması sidik derivasiyası adlanır. Sidik derivasiyasiyasının müxtəlif üsulları var. Ən çox rast gələn 3 üsuldur.
1. Ən sadəsi – ureterokutaneostomiya – sistektomiyadan sonra sidik axarlarının birbaşa qarının ön divarındaki yaradılmış dəlikdən dəriyə çıxarılması.

2. Heterotopik suni sidik kisəsi – nazik bağırsaqdan yaradılmış sidik kisənin digər yerdə yerləşməsi. Bu üsul Briker üsulu adlanır. Bu əməliyyatın üstünlüyü sidiyin nazik bağırsaqdan yaradılmış kisədən daimi axmasıdır. Bu üsul sidik yollarının infeksiyaya yoluxmanın qarşısını alır.

3. Ortotopik ileosistoplastika – süni sidik kisənin yaradılması. Yaradımış süni kisə çıxarılmış kisənin yerində yerləşir və təbii yolla sidik ifrazını təmin edir. Bu üsul xəstələrin həyat keyfiyyətini qoruyur.

RADİKAL SİSTEKTOMİYA ƏMƏLİYYATINA NECƏ HAZIRLAŞMAQ LAZIMDIR?

Pasiyentlər əməliyyatdan ən azı 3 həftə əvvəl spirtli içkilərin və siqaret çəkmənin tərgidməlidilər. Xəstəxanaya qəbul olunduqdan sonra həkim əvvəlcədən necə hazırlandığınız və əməliyyatdan sonra nə edəcəyiniz barədə məlumat verir. Əməliyyatın həcmi, əməliyyat vaxtı və əməliyyatdan sonraki dövrdə baş verə biləcək fəsadlar haqqında məlumat verilir.

Yüxarıda qeyd olunduğu kimi radikal sistektomiya həcmnə görə kiçik çanaq cərrahiyyəsinin zirvəsidir. Bir çox tədqiqatların təhlili sistektomiyadan sonra müxtəlif fəsadların tezliyini göstərir. Bu rəqəm əməliyyatın icra olunan mərkəzdən cərrahi təcrübədən asılı olaraq 20% dən 65% kimi dəyişir. Bir sıra tədqiqatlar təsdiq edib ki radikal sistektomiya ancaq çox profilli, ildə ən azı 30 artıq sistektomiya təcrübəsi olan mərkəzlərdə aparılasıdır. Sistektomiyanın aparılması multidisdiplinar yanaşma tələb edir. Vacibdir qərarın verilməsində anestezioloq, reanimatoloq, onkoloq və uroloqun birgə iştiraki olan konsiliumun aparılması.

Daha çox
Bizimlə əlaqə saxlayın, gözəlliyə doğru addım atın!

Zəng et, konsultasiyaya yazıl!