Varikosele

VARİKOSELEKTOMİYA ƏMƏLİYYATI

VARİKOSELE NƏDİR?

Varikosele testis ətrafındakı toplardamarların genişlənməsi halına verilən addır. Ayaqlarda görülən varisdə və eyni zamanda hemoroiddə də eyni şəkildə toplardamarlarda anormal genişlənmə vəziyyətidir. Ayaqlardakı varis daim ayaq üstə durmaq məcburiyyətində olan şəxslərdə tez-tez görülərkən, babasil xüsusilə qəbizlik problemi olanlarda görülür. Varikoselenin isə insanda ortaya çıxmasına şərait yaradan bir səbəb yoxdur. İnsanın damar quruluşu səbəbiylə ortaya çıxır.

VARİKOSELE NECƏ BİR XƏSTƏLİKDİR?

Varikosel xəstəliyi, sonsuzluğunun müalicə edilə bilən ən mühüm səbəbidir. Varikosele ölümcül bir xəstəlik deyil, sadəcə kişi sonsuzluğunu yaradan testis ətrafı toplardamarların genişlənməsi ilə özünü birüzə verən bir xəstəlikdir. Varikosele müxtəlif mexanizmlərlə sperma sayı və hərəkətini azaldıb uşaq olmasını əngəlləyir və bu şəkildə kişi sonsuzluğuna səbəb olur.

HƏR VARİKOSELİ OLAN XƏSTƏ ƏMƏLİYYAT OLUNMALIDIR?

Varikosele diaqnozu qoyulan xəstələrə mütləq 2 ədəd sperma analizi aparılması lazımdır. Sperma sayı və hərəkəti aşağı və ya limit dəyərlərdədirsə əməliyyat aparılmalıdır. Əgər xəstə sperma vermə bilməyəcək yaşdadırsa varikosele əməliyyatı yenə də aparılmalıdır. Sperma sayı normal olan xəstələrdə 6 ay aralıqla sperma sayı aparılmalıdır,sperma sayı və hərəkəti normal dəyərlərin altına düşərsə əməliyyat aparılmalıdır. Hər varikoseli olan şəxs əməliyyat olmaq məcburiyyətində deyil, sperma sayı normal dəyərlərin altında isə əməliyyat aparılmalıdır.

VARİKOSELE ƏMƏLİYYAT EDİLMƏDİKDƏ MÜTLƏQ SONSUZLUĞA SƏBƏB OLUR?

Varikosele xəstəliyi diaqnozu qoyulan xəstələr əməliyyat olunmadığı zaman mütləq sonsuzluq ortaya çıxmaz. Xəstədə varikosele müəyyən edildikdən sonra əvvəlcə sperma analizi aparılmalıdır. Sperma analizindən sonra dəyərlər aşağıdırsa və əməliyyat edilməzsə dəyərlər daha da aşağı düşərək hamiləlik olmasını təmin edəcək dəyərlərdən az olaraq sonsuzluq yarada bilər. Sperma sayı və hərəkəti normal olan xəstələrin əməliyyat olmasına ehtiyac yoxdur, əməliyyat olmaması mütləq sonsuzluğa yol açmaz amma zamanla sperma sayı azala bilər. Bu səbəblə 6 ay aralıqla sperma analizi aparılaraq sperma sayı və hərəkətində azalma olub olmadığı yaxından müşahidə edilməlidir.

VARİKOSELE ƏMƏLİYYATI HANSI HALLARDA APARILMALIDIR?

Varikosel əməliyyatı aparılması üçün 2 səbəb vardır, bunlardan birincisi və ən önəmlisi sperma sayı və hərəkətinin azlığına bağlı uşaq olmaması vəziyyətidir. İkinci səbəb isə varikosele bağlı testislərdə olan ağrıdır. Əgər xəstədə gündəlik həyatına təsir edəcək qədər ağrı varsa və bu ağrı dərmanlarla keçmirsə əməliyyat tətbiq edilə bilər.

VARİKOSELE ÖZ-ÖZÜNƏ DÜZƏLƏ BİLƏRMİ?

Varikosele cərrahi olaraq müalicə edilmədiyi müddətdə öz-özünə düzəlmir. Varikosele testis ətrafındakı toplardamarlarda genişlənmənin olması vəziyyətidir, damarlardakı genişlənmə getdikcə artıb varikosele ağırlaşarkən, müalicə edilmədikdə öz-özünə düzəlmə ehtimalı yoxdur. Varikosele xəstəliyi olan, eyni zamanda uşağı olan və yeni uşaq istəyi olmayan xəstələrdə varikosele xəstəliyinin müalicə edilməsinin bir önəmi yoxdur.

MİKROCƏRRAHİYYƏ VARİKOSELE ƏMƏLİYYATI NƏ QƏDƏR VAXT ALIR?

Varikosele əməliyyatının ən səmərəli müalicə üsulu mikrocərrahiyyə varikosele ameliyatıdır (varikoselektomiya).

MİKROCƏRRAHİYYƏ VARİKOSELE ƏMƏLİYYATINDAN SONRA CİNSİ ƏLAQƏ NƏ VAXT OLAR?

Varikosele əməliyyatından 15 gün keçdikdən sonra cinsi əlaqəyə girmək olar. Əməliyyat zamanı qasıq bölgəsində ingunal kanal açıldığı üçün, toxumalar sağalmadan ediləcək çətin hərəkətlər qrıja yaranmasına səbəb ola bilər. Cinsi əlaqə zamanı da çətin hərəkətlər ola biləcəyi üçün ən az 15 gün cinsi əlaqədən uzaq durmaq lazımdır.

VARİKOSELE ƏMƏLİYYATINDAN SONRA NƏ QƏDƏR MÜDDƏT KLİNİKADA YATMAQ LAZIMDIR?

Mikrocərrahiyyə varikosele əməliyyatından sonra xəstələr klinikada 1 gün qalırlar. Əməliyyat ümumi anesteziya və ya beldən aşağısını keyləşdirmə (spinal və epidural anesteziya) ilə aparılır. Əməliyyatdan sonra olan ağrının kontrolu və ilk 24 saatda xəstəni müşahidə edərək qanaxma kimi hər hansı bir komplikasiyanın erkən təyin edilməsi baxımından da klinikada 1 gün qalması faydalıdır.

VARİKOSELE ƏMƏLİYYATINDAN SONRA NƏ VAXT İDMAN ETMƏK OLAR?

Varikosele əməliyyatı qasıq bölgəsində əzələlərdən ibarət olan inguinal kanalın açılması ilə həyata keçirilir. Əməliyyatdan sonrakı erkən dövrdə idman etmək xəstədə ağrı edə biləcəyi kimi,əməliyyat bölgəsində tikişlərlə bağlanmış əzələlərdə yırtıq inkişaf edərək qrıja əmələ gəlməsinə səbəb ola bilər. Bu səbəbdən əməliyyatdan sonra 1 ay ərzində çətin hərəkətli idman edilməməsi faydalıdır. Əməliyyatdan sonra 1 ay keçdikdə də başlanğıcda ehtiyatlı hərəkətlər edərək idmana başlamaq olar.

VARİKOSELE ƏMƏLİYYATINDAN SONRA NƏ VAXT DUŞ QƏBUL ETMƏK OLAR?

Varikosele əməliyyatından sonra yara bölgəsinin islanmasına qarşı tegaderm tipli bir material ilə örtülməsi ilə erkən dövrdə duş qəbul etməsinə imkan verə bilər.5-6 gün sonra yara açıq şəkildə duş qəbul etmək olar.

SPERMA ANALİZİNDƏ HEÇ SPERMA OLMAYAN VARİKOSELE XƏSTƏLƏRİ ƏMƏLİYYAT OLUNMALIDIR?

Bununla əlaqəli bir çox araşdırma aparılmışdır. Əgər xəstədə yüksək dərəcəli varikosele var isə bu hallarda əməliyyat tətbiq edilmə ehtimalı olduqca yüksəkdir. Azoospermik xəstələrdə yüksək dərəcəli (grade 2 və 3 səviyyəsində) varikosele varlığında cərrahi əməliyyat aparıla bilər. Bu xəstələrdə əməliyyatdan sonra bir çox halda sperma analizində sperma görüldüyü və hətta normal yolla hamiləlik əldə olunan hallar olduğu müəyyən edilmişdir.

 SONSUZLUQ

Kişilərdə sonsuzluğun yaranmasının başlıca səbəblərindən biri varikoseldir.Kişilərdəki sonsuzluq uşaq sahibi ola bilməyən ailələrin %50 –dən ibarətdir.Hərbi xidmətə gedənlərin %20 də varikosel görülür.

Varikosele,xayalardakı qanı boşaldan damarların müxtəlif səbəblərlə hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən varikosele olan xaya və xaya ətrafı nahiyədə ağrı olur. Varikosele daha çox sol tərəfdəki xayada görülür. Sol tərəfdəki damarın sağdakından 10 cm daha uzun olması, solda daha sıx görülməsinin səbəblərindən biri ola bilər.Nadirən sadəcə sağ tərəfdə vəya hər iki tərəfdə də görülə bilər (%10-15).Xayaların üst hissəsində-yanda, skrotumun (torbanın) içində qıvrımlar şəklində şişlik hiss edilə bilər.Varikosele xayada istilik artışı başda olmaq üzrə bir çox problem yarada bilər.Tədqiqatlar bunu göstərir ki sonsuzluq (infertility) şikâyəti ilə müraciət edən kişilərin %35-40-da varikosele təyin edilmişdir.

Varikosel

VARİKOSELE XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ

– Xayalarda ağrı

– Xayalarda balacalaşma

– Xayalarda dolğunluq hissi

– Sonsuzluq (İnfertility)

– Gözlə görülə bilən genişlənmiş damarlar

– Ələ gələn genişlənmiş damarlar

Daha çox
Bizimlə əlaqə saxlayın, gözəlliyə doğru addım atın!

Zəng et, konsultasiyaya yazıl!