Prostat vəzi əməliyyatı

Prostat vəzinin adenoması bir çoxlarına məlumdur ki, ahıl yaşlı kişilərdə ən çox rast gəlinən patologiyalardan biridir. Amma çoxlarına məlum deyil ki, adenoma sözü artıq köhnəlmişdir və dünya üzrə bir çox mütəxəssislər prostat vəzinin xoşxassəli hiperplaziya terminindən istifadə edirlər.  Statistikiya nəzər salsaq, bir qayda olaraq prostat vəzinin adenoması ilə xəstələnmə ehtimalı yaş artdıqca artır. Statistikaya əsasən bu xəstəlik ilə 50 yaşdan yuxarı kişilər xəstələnir, amma elə hallar olur ki, 40 yaşda da rast gəlinə bilər. 60 yaşdan yuxarı kişilərdə prostat adenoması 30% hallarda qarşılanır. 80 yaş ətrafında isə bu göstərici 90%-ə qədər yüksəlir.

Risk qrupunda kimlərdir?

50 yaşdan yuxarı kişilər. Hiperplaziya ən azı hər iki ikinci kişidə rast gəlinir, bununla yanaşı xəstəlik bütün sosial və professional qrupları əhatə edir – həm sürücüləri, həm sahibkarları, həm evliləri, həm subayları.

PROSTAT VƏZİNİN ADENOMASI HANSI SƏBƏBLƏRDƏN YARANIR VƏ ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

Bunun əsas yaranma səbəbi kişi orqanizmində yaş keçdikcə yaranan hormonal pozulmalar olur: kişi cinsi hormonların azalması (testesteron). Prostat vəzi sidik ifrazat sistemi, ereksiya, eyakulyasiya və spermatozoidlərin daşınması ilə bağlı orqandır. Adenomanın ölçülərinin böyüməsi sidik kanalının sıxılmasına səbəb olur və bu aşağıdakı simptomların yaranmasına səbəb olur:

  • Tez-tez sidik ifrazı
  • Gecə saatlarında sidik ifrazının artması ki bu da yuxuya mane olur
  • Sidik axının, təzyiqinin azalması, qırıq-qırıq sidik ifrazı
  • Sidik ifrazına istəkdən sonra dərhal sidiyin xaric edilməsi
  • Sidik kisəsinin tam boşalmaması hissi, sidik ifrazının 5-10 dəqiqə ara ilə təkrarlanması
  • Sidik ifrazı zamanı gücənmə
  • Sidik kisəsinin dolğunluğu zamanı, sidik saxlamada çətinlik

Xəstəliyin mərhələləri

Prostat vəzi adenoması 3 mərhələ keçir və tədricən inkişaf edir:

  • Birinci mərhələdə sidik ifrazı pozulmaları minimaldır, sidik ifrazı intervalının tezləşməsi və sidik axının zəifləməsi müşahidə olunur. I mərhələ individual olaraq dəyişir, bu adətən 1-12 il arasında zamanı əhatə edir.
  • İkinci mərhələdə pozulmalar daha nəzərə çarpandır: sidik axını qırılmalarla olur, gücənmə məcburiyyəti və sidik kisəsinin tam boşalmaması hissiyatı yaranır. Sidik kisəsində qalıq sidik yaranır və bu sidik ifrazat yollarında ləngimələrə və onların iltihablaşmasına səbəb olur. Bu hiss ağrılarla və sidik ifrazı zamanı göynəmə ilə və bel, çanaq nahiyəsində ağrılarla müşayiət olunur.
  • Üçüncü mərəhələdə sidik ifrazı dövri və ya hərə dəfə öz özünə baş verir (əvvəllcə gündüzlər sonra isə gecələr), bu da sidikqəbuledicidən istifadə etməyə vadar edir.

Bununla yanaşı, simptomlar tədricən inkişaf edir. Kişi səhvən fikirləşə bilər ki, soyuqdəyməsi var və ya çox su içməyə başlayıb, eyni zamanda adenomatoz düyün böyüyərək yeni fəsadlara gətirib çıxarır.

PROSTAT VƏZİN ADENOMASININ AĞIRLAŞMALARI HANSILARDIR?

Xəstəlik uzun zaman həyat tərzinə təsirsiz keçə bilər, əksər hallarda ağırlaşmalar baş vermir. Lakin onlarla müəyyən hallarda qarşılaşmaq olur və onları bilmək lazımdır.

  • Sidik ifrazat yollarının infeksiyası. Sistit və pielonefrit sidik durğunluğuna görə yaranır, bu halda bakteriyalar üçün əlverişli şəraitlər yaranır.
  • Sidik kisəsinin daşları. Bunun da səbəbi durğunluqdur
  • Sidik kisəsinin zədələnmələri. Əgər sidik kisəsi vaxtı vaxtında boşalmırsa, onu divarları gərilir və orada ,,ciblər,, yaranır burada sidik yığılır və durğunlaşır
  • Böyrək zədələnmələri. Sidik kisəsi və axarında yaranan təzyiq böyrəklərə birbaşa mənfi təsir göstərir. Bu hal böyrık çatmamazlığına gətirib çıxara bilər.
  • Sidiyin kəskin ləngiməsi. Sidik kisəsinin boşalmasında çətinlik yaranır, qarın boşluğunun aşağısanda ağrılar ilə müşayiət olunur. Bu hal təxirəsalnmaz müdaxilə tələb edir, sidik kisəsinə kateter qoyulur və ya kiçik əməliyyat icra olunur.

Əgər həkimə getməyə utanıramsa, nə etməli?

Praktika göstərir ki adətən  bu problemlərlə kişilər həkimə getməyə utanır. Əsasən də onları baxış proseduru narahat edir.

Əgər vaxtında müraciət etməsə nə olar?

Həkimə müraciətin gecikməsi pasientin qiymətli vaxtının itirilməsi və müalicənin vaxtında başlmaması ilə nəticələnir, ki bu vaxt ərzində simptomlardan tam qurtulmaq mümkün olardı. Çox vaxt bu özünü müalicəyə görə olur, pasient öz özünü dərman preparatları təyin edir, məsələn homeopatik və ya bitki mənşəli.

Düzdür ki, hiperplaziya xərçəngə çevrilir?

Xeyr. Bu iki müxtəlif xəstəlikdir. Prostat vəzinin hiperplaziyası xoşxassəli xəstəlikdir və metastaz vermir. Ancaq xəstəliyin simptomları çox oxşardır və dəqiq diaqnozu yalnız həkim uroloq qoya bilir. Məhz buna görə peşəkar həkimlə məsləhətləşmək tövsiyə olunur.

BUNUNLA YANAŞI PROSTAT VƏZİNİN HİPERPLAZİYASI HAQQINDA ƏFSANƏLƏR MÖVCUDDUR:

Prostat vəzin adenoması haqqında çoxlu məlumat olsa da, bir çox əfsanələrlə əhatə olunmuşdur. Buna görə bir çox kişilər peşəkar müalicə əvəzinə xalq təbabəti ilə müalicə almağı üstün tuturlar, apteklərdən ilk ələ düşən preparatları alırlar və effekti olmayan mülaicə ilə məşğul olurlar. Bununla da qiymətli vaxtlarını itirirlər. Gəlin nəyin fakt nəyin əfsanə olmağını araşdıraq:

1-ci əfsanə

Prostat vəzi adenoması təbii qocalmadır və bunun qarşısını almaq mümkün deyil.
Bu belə deyil. Heç bir lüzum yoxdur ki, bu narahatlıq hissinə dözülsün. İstənilən həyat keyfiyyətinə təsir edən simptom yarandıqda həkimə müraciət etmək lazımdır və səbəbini müəyyən etmək lazımdır. Bugünkü gündə internet aləmində müxtəlif məlumlatlandırıcı resurslar var, həmçinin uroloji problemlər haqqındada məlumatlar var.

2-ci əfsanə

Adenoma və seks birgə mümkünsüzdür.
Düzgün deyil. Prostat vəzinin adenoması doğurdan da eyakulyasiya və ereksiayaya çətinlik yarada bilər, lakin orqazm hissi və cinsi fəallıq hissinə təsir etmir. Seksin bütün həzzinin olması üçün isə düzgün müalicə almaq lazımdır, əsla özünüz müalicəylə məşğul olmayın, yalnız həkim uroloq düzgün müalicə və dərman preparatların seçə bilər.

3-cü Əfsanə

Prostat adenoması yalnız cərrahi yolla müalicə olunur.
Bu düzgün deyil. Müasir tibb çox sayda yeni konservativ müalicə növü təklif edir, əsas xəstəliyin üstünə vaxtında düşmək və müalicəni başlamaqdır. Lazımi dərman növünün seçilməsi üçün mütləq həkimə müraciət edin

4-cü əfsanə

Prostat vəzinin adenoması kifayət qədər öyrənilmiş bir patologiyadır və ona görə də dərmanları əczaçı da aptekdə təyin edə bilər.
Doğurdan da bu xəstəlik kifayət qədər yaxşı araşdırılmış patologiyadır və onun müalicəsi yaxşı öyrənilmişdir. Amma düzgün diaqnoz və müalicəni yalnız həkim uroloq təyin edə bilər. Əgər həkimə getmək bir qədər narahatlıq yaradırsa, əvvəlcə naməlum adla xüsusi resursda mütəxəssisə sual vermək və bundan sonra həkim qəbuluna yazıla bilərsiz. Yadınızda saxlayın ki, onlayn konsultasiya həkimlə əyani görüşü əvəz edə bilməz.

5-ci əfsanə

PV adenoması yalnız mənim problemimdir və heç kimə aidiyyəti yoxdur.
Bu belə deyil. Gecə tez-tez oyanma və buna bağlı yuxusuzluq, sidiyə tez-tez çıxma, stresə gətirib çıxarır. Bundan bütün ətrafdakılar əziyyət çəkir: həyat yoldaşı, iş yoldaşları və s. Özünüzdən müğayət olun və öz sağlamlığınıza məsuliyyətli yanaşın. Bu cür xəstəliklərdən çəkinmək və ya dözmək lazım deyil, həmçinin həkimə müraciət etməkdən də utanmaq lazım deyil.

PV ADENOMASININ DİAQNOSTİKASI

Həkimlərdə xüsusi anketlər var ki, əsas şikayətləri təyin etməyə imkan verir. Bununla yanaşı diaqnozu qoymağa pasiyentin apardığı sidik ifrazı gündəliyi köməklik edə bilər. Bura həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri aiddir: sidiyin həcmi, qəbul olunmuş mayenin tərkibi, gecə sidiyə çıxma. Qeydiyyat 3 gün aparılmalıdır, bu sadə və yoxlanılmış metoddur.

Əsas fizikal yoxlanma üsulu – prostat vəzinin barmaqla baxışıdır. Bu metod prostat vəzi böyüməsini və digər xəstəlikləri istisna etməyə imkan verir. Nəzərə almaq lazımdır ki, barmaqla müayinəni yalnız PSA-nın qanda təyinindən sonra etmək olar.

Laborator müayinə:

  • PSA-nın təyini (50 yaşdan yuxarı kişilərdə ildə 1 dəfə verilməsi tövsiyə edilir)
  • Sidiyin ümumi analizi
  • Qanın biokimyəvi analizi (kreatinin və sidik cövhərinin miqdarı)

İnstrumental diaqnostika

  • Transrektal USM
  • Urofloumetriya (sidik axması sürətin ölçülməsi)
  • Qalıq sidiyin təyini (USM ilə)

PSA-NIN TƏYİNİ NİYƏ VACİBDİR?

Prostat spesifik antigen prostat vəzi xərçənginin diaqnsotikaısnda vacib rol oynayır. PSA-nın normal göstəriciləri 4,0 ng/ml, amma onun qalxması həmişə prostat vəzi xərçəngi demək deyil. PSA, USM və kişinin yaşı haqqında məlumatları əldə edərək uroloq individual qaydada xərçəngin yaranma riskini qiymətləndirir və gələcək taktika haqqında qərar verir.

Bəzi vaxtlar xəstənin səhv hazırlanmasına görə və ya vəzinin iltihabı zamanı PSA-nın artışı müəyyən olunur. Bu halda xəstənin düzgün hazırlanmasından sonra və müvafiq müalicədən sonra təkrar verilməsi tövsiyə olunur. PSA analizi verilməsindən 1 həftə əvvəl saunaya getmək və qaynar suda çimmək, həmçinin cinsi əlaqədə olmaq məsləhət görülmür, barmaq müayinəsi etmək də olmaz. Çox vaxt PSA-ya dinamiki müşahidə olunur, yəni kişi hər 6 ayda 1 dəfə bu analizi verir. Əgər PSA-nın artımı gedirsə, onda PV xərçəngini inkar etmək üçün əlavə müayinələri vermək tövsiyə edilir.

PROSTAT VƏZİN ADENOMASININ MÜALİCƏSİ

Müalicənin əsas məqsədləri həyat keyfiyyətini yaxşılaşdırmaq, sidik ifrazı pozulmalarını aradan qaldırmaq, xəstəliyin ağırlaşmalarının qarşısını almaqdır. Yüngül və ya orta dərəcədə simptomları olan və həyat keyfiyyətinə təsir etməyən xəstələri, prostat vəzinin hiperplaziyasının müalicəsinə dair Avropa tövsiyələrinə əsasən aktiv gözləmə taktikası seçilməlidir. Bu dövrdə nə cərrahi, nə də konservativ müalicə aparılmır, pasiyent mütəmadi olaraq uroloqun nəzarətində olmalıdır. Bu zaman aksent qeyri-konservativ müalicəyə yönəlir. Bunlara aşağıdakılar aiddir:

  • Davamiyyət terapiyası, Pasient nə etməlidir:
    • yuxuya 3 saat qalmış maye qəbulunu azaltmaq
    • gecə yatmazdan qabaq sidik kisəsini boşaltmaq
    • həkimin təyinatı olmadan sidikqovuculardan istifadə etməmək
  • Çanaq əzələləri üçün məşqlər (bədən tərbiyəsi, Kegel məşqləri)
  • Bu metodlara konservativ müalicə də əlavə oluna bilər, sonuncusu üçün növbəti dərmanları əlavə edirlər:
    • Alfa blokatorlar (tamsulozin). Müasir vaxtda bunlar seçim preparatlarıdır, həm orta həm də ağır formalı simptomalrda təyin olunurlar
    • 5 fosfodiesterazanın inhibitorları (sildenafil). Bu preparatlar əsasən impotensiyanın müalicəsində istifadə olunur, lakin hiperplaziyanın müalicəsində də effektiv olmuşdur
    • Kombinə olunmuş müalicə alfa blokator və 5 alfa reduktazanın inhibitorlarının birgə istifadəsi
    • Muskarin reseptorlarının blokatorları və M-xolinolitiklər əsasən yığılma simptomlarının üstünlüyü ilə olan hallarda təyin edilir

Prostat əsasında olan ekstraktlar  və bitki mənşəli preparatların istifadəsi qətiyyən tövsiyə edilmir.

PROSTAT VƏZİ HİPERPLAZİYASININ CƏRRAHİ MÜALİCƏSİ

Əsas cərrahi əməliiyat prostat vəzinin transuretral rezeksiyası, prostat vəzinin çıxarılması əməliyyatıdır. Cərrahi əməliyyata göstərişlər:

  • Təkrar olunan sidik ləngimələri
  • Adenoma nəticəsində yaranan böyrək çatmamazlığı əlamətləri
  • Sidik kisəsində daşlar
  • Təkrar hematuriyalar
  • Sidik ifrazatı sistemində olan təkrar infeksiyalar
  • Konservativ terapiyadan effekti olmayan
  • Dərman qəbulundan imtina edənlər lakin müalicəyə ehtiyacı olan xəstələr

Xəstəlik zamanı keçirilən əməliyyatlar ən yayılmış cərrahi əməliyyatlardandır, 30% qədər kişilərə bu əməliyyat icra olunur.

Hansı ağırlaşamalar ola bilər?

İstənilən cərrahi əməliyatdan sonra olduğu kimi burada da cərrahi əməliyyatdan sonra ağırlaşmalar mümkündür. Onların arasında qanaxma, allergik reaksiyalar və iltihabı qeyd etmək olar. Buna baxmayaraq təcrübəli cərrah tətəfindən icra edilən əməliyyatlarda ağırlaşmalar nadir, təqribən 1-2% hallarda olur. Əgər ağırlaşma olursa, pasient tibb müəssisəsində daha bir neçə gün qalmalı olur. Konservativ və ya cərrahi əməliyyatlardan sonra cərraha ildə 2 dəfə müraciət etmək lazımdır. Uroloq müəyyən profilaktik müayinələriə göndərir (USM, qan analizi). Bundan başqa həkim, konservativ müalicənin mümkün yan təsirləri barədə soruşamlıdır.

PROSTAT VƏZİ ADENOMASININ PROFİLAKTİKASI

Xəstəliyin geniş yayıldığını nəzərə alsaq profilakikasını bilmək mütləqdir. Biz bütün risk amillərinə təsir göstərə bilmərik, amma müəyyən qaydalara əməl etsək prostat vəzinin sağılamlığını qoruya bilərik

  • Prostat vəzinin adenoması zaman dieta. Qırmızı ət və yağlı yeməkləri azaltmaq
  • Fiziki aktivlik. Bədən tərbiyəsi prostat vəzinin sağlamlığına müsbət təsir göstərir
  • Bədən çəkisinin tənzimlənməsi
  • Mütəmadi cinsi həyat
  • Stressin azaldılması

Əgər diaqnoz artıq təsdiqlənibsə, ikincili profilaktika xəstələyin əlamətlərinin artmasının qarşısın alır:

  • Dieta
  • Alkoqoldan imtina
  • Yüksək hərarətdan uzaq olmaq, məsələn saunaya gedişi azaltmaq
  • Həkimin mütəmadi qəbulunda olmaq
  • Fiziki hərəkətlər
Daha çox
Bizimlə əlaqə saxlayın, gözəlliyə doğru addım atın!

Zəng et, konsultasiyaya yazıl!